"Verərəm məhkəməyə, dedim çaşmayın!"- Elçin Əlibəylinin verlişində yenə QALMAQAL

2 İyul 2014 14:20 (UTC+04:00)

Bu gün saat 21:30-da oturduğunuz yerdə yenə işə düşəcəksiniz. Mövqe.az xəbər verir ki, Elçin Əlibəylinin təqdimatında yayımlanan "Oturduğunuz yerdə" verlişində yaranan qalmaqalın şahidi olacaqsınız. "İnsan həyatında ikinci bahar ola bilərmi ?" sualına birlikdə cavab axtaracaqsınız. Verlişin qonağı olan müğənni Zöhrə Abdullayeva maraqlı etirafı ilə günə damğa vuracaq. Müğənni ilk dəfə şəxsi həyatı ilə bağlı etiraf edəcək: "Məndə birinci bahar alınmadı". Şairə Azadə Taleh isə qarşı tərəfi məhkəmə ilə hədələyib: "Sizi verərəm məhkəməyə, dedim çaşmayın!".


Verlişdə jurnalist Anar Vəzioğlu, əməkdar artist Yadigar Sadıqov, yazar Elnaz Eyvazlı və skripka ifaçısı Səlim Abbasov da qonaq olub və müzakirədə iştirak ediblər.


Qeyd edək ki, verlişin info dəstəyi Mövqe.az saytına məxsusdur.