Beşbarmaq əməliyyatı

2 İyul 2014 15:22 (UTC+04:00)
İmişli rayonunda polis uğurlu əməliyyat keçirib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Pərvin Mirzəyevdən 1 ədəd beşbarmaq, Bakı şəhər sakini Sənan Tumaszadədən 3 ədəd beşbarmaq və 2 ədəd dəyənək götürülüb.

Hazırda onların bu silahları hansı məqsədlər üçün saxladıqları araşdırılır.