Prokuror 3 dayısını yandıran şəxsə ömürlük cəza istəyib

2 İyul 2014 16:19 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses iyulun 7-də davam etdiriləcək.

 

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.