Məşhur aktyor reabilitasiya mərkəzində

2 İyul 2014 16:29 (UTC+04:00)

Məşhur aktyor Robin Uilliams, spirt problemi səbəbiylə reabilitasiya mərkəzinə yatıb. 

Uilliams, yenidən alkoqola başlamamaq və ayıq qalmaq üçün bu qərarı alıb. Movqe.Az xəbər verir ki, Uilliamsın mətbuat nümayəndəsinə görə, məşhur aktyor, 18 aydır davam edən fasiləsiz iş tempindən  sonra fasilə vermək və yenidən gücünü yığmaq istəyir. 62 yaşındakı aktyor Minnesotadakı reabilitasiya mərkəzində 12 mərhələlik bir proqrama qatılacaq. 


Robin Uilliams 1980-ci illərdə spirt və kokain asılılığı ilə mübarizə aparmış və 20 il müddətində içki içməmişdir.


Lakin Uilliams 2006-cı ildə yenidən yardım almaq məcburiyyətində qalmışdı.