Həsən Əliyev küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti bərpa edilib

2 İyul 2014 18:10 (UTC+04:00)

 Bu gün Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib.


Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

O əlavə edib ki, bu gün axşam saatlarında Həsən Əliyev küçəsinin A. Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsi 6 günlük təmir-bərpa işləri üçün bağlanacaq.