ADNA-da "Məzun günü" qeyd olundu
2 İyul 2014 18:20 (UTC+04:00)
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında
(ADNA) böyük sevinc həyəcanı yaşanıb. Movqe.az xəbər verir ki, Neft
Akademiyası 2014-cü tədris ilinin məzunları ilə vidalaşıb. ADNA
rektoru, akademik Siyavuş Qarayev çıxış edərək bütün müəllim və
tələbə heyətini təbrik edib. Təbrikə fəxri qonaqlarımız Energetika
naziri Natiq Əliyev, Milli Məclisin Sosial - siyasət komissiyasının
sədri Hadi Rəcəbli qoşularaq gənclərə uğurlar diləyiblər.
Tələbələr, valideynlər çıxış etdi, xoş arzular səsləndirdiriblər.
Bu gün Neft Akademiyası böyük bir coşqu yaşayıb. Bu il təhsil
ocağımızı 1687 nəfər başa vurub. Onlardan 114 nəfər əcnəbi bakalavr
səviyyəsində və 182 nəfər, o cümlədən 28 nəfər əcnəbi magistr
səviyyəsində təhsilini bitirib.Yüksək intellekti, şəxsi intizamı və
məsuliyyəti ilə seçilən 153 bakalavr və 88 magistr məzunumuz
fərqlənmə diplomuna layiq görülüb. Bakalavrlardan 43 nəfəri
Qaz-neft mədən fakültəsinin, 41 nəfəri İstehsalat proseslərinin
avtomatlaşdırılması fakültəsinin, 19 nəfəri İqtisadiyyat,
beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin,15
nəfəri Geoloji-kəşfiyyat fakültəsinin, 15 nəfəri Neft-mexanika
fakültəsinin, 10 nəfəri Kimya-texnologiya fakültəsinin və 10 nəfəri
Energetika fakültəsinin məzunlarıdır.