İtaliyanın Verona şəhərində "Kombat liqa" döyüş növləri üzrə dünya çempionatında Azərbaycan komanda şəklində 3-cü yeri tutub. Bu barədə "Mövqe"yə açıqlamasında komandanın üzvü Abdullayev Musa bildirib. 86 kq-da döyüşə çıxan Abdullayev Musanın özü 1-ci, qardaşı Abdullayev Araz isə 95 kq-da 2-ci yeri tutublar. Bundan başqa komandanın digər üzvü 75 kq-da döyüşən Vəliyev Mərdan da 1-ci yerə çıxıb.
Bildirək ki, hazırda komanadamız Çin döyüş növləri üzrə dünya çempionatına hazırlaşır. Bu dəfəki yarış Azərbaycan Hapkido Federasiyasının xətti ilə 9-15 iyun tarixində ABŞ-da təşkil olunacaq.