BŞİH Hacıbala Abutalıbovun oğlunun həbsi barədə yayılan məlumatlara münasibət bildirib

2 İyul 2014 18:54 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də İ. Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: "İsrafil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır".

Xatırladaq ki, bəzi KİV-də MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə məlumatlar yayılıb.