Suarez “Barsa”ya keçə bilər

2 İyul 2014 19:03 (UTC+04:00)

"Barselona" klubu problemli futbolçu Luis Suarezi transfer etmək üçün "Liverpul" klubu ilə danışıqlara başlayıb.Movqe.az xəbər verir ki, hər iki klubun nümayəndələri Londonda bir araya gəliblər. Katalon klubu "Liverpul"a Suarez üçün 60 milyon avro təklif etməyi planlaşdırır. İtaliyalı futbolçu Kiyellinini dişləyərək 4 aylıq cəza alan Suarez klubunu da pis vəziyyətdə qoyub.