Hacıbala Abutalıbovdan kadr dəyişikliyi

2 İyul 2014 19:19 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nailə Polad qızı Məmmədova təyin olunub. Movqe.az  xəbər verir ki, bu barədə APA-ya N.Məmmədova özü məlumat verib.


O bildirib ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun sərəncamına əsasən dünəndən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Nuranə Mərdanova mayın 12-dən təqaüdə göndərilib.