Masallıda üç uşaq göldə çimərkən boğulub

3 İyul 2014 10:41 (UTC+04:00)

Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən saat 18:30 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 2007-ci il təvəllüdlü Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

 

Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib.

 

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.