PlayStation 3 sahiblərinə şad xəbər!

3 İyul 2014 11:15 (UTC+04:00)

Sony-nin PlayStation 3 sahiblərinin üzlərini güldürəcək xəbər gəlib. Yeni oyun qolu Dualshock 4 artıq PlayStation 3 ilə də çalışacaq. 


Movqe.Az xəbər verir ki, Sahffigy16 adlı istifadəçinin Reddit üzərindən etdiyi bildiriş, PS3 istifadəçilərinin gözlədiyi şad xəbəri verib.

 Sony-in PlayStation 3 üçün yayımladığı son proqram təminatı yeniləməsindən sonra, istifadəçilər artıq PS4 gamepad-lərini PS3-də də istifadə edə bilir. 

 Gamepad üzərindəki düymələr vəzifələrini yerinə yetirir, ancaq hərəkətli nəzarət və titrəşmə hələlik işləmir. Çünki konsol, gamepad-i hələ də "generic kabelsiz nəzarətçi olaraq tanıyır.