“Bakı Metropoliteni” nin Nizamnaməsini və strukturu təsdiqləndi
3 İyul 2014 11:00 (UTC+04:00)
Azərbaycan hökuməti "Bakı Metropoliteni" Qapalı Səhmdar
Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib. Movqe.az
xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar
Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının
5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alıb ki, "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq
edilsin. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin
strukturu" təsdiq edilsin. "Bakı Metropoliteni" Qapalı Səhmdar
Cəmiyyəti Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar
Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri,
habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət
hüquqları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə
keçmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dövlət
qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və
"Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu
itirirlər. "Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4
sentyabr tarixli 197 nömrəli qərarı ləğv edilsin.