Bakı-Qazax yolunda dəhşətli qəza- 1 ölü, 10 yaralı
3 İyul 2014 11:50 (UTC+04:00)
Bakı-Qazax yolunda 1 nəfərin ölümü, 10 nəfərin
xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Movqe.az
apa-ya istinadən bildirir ki, hadisə
iyulun 3-də saat 04 radələrində Bakı-Qazax yolunun 261-ci
kilometrliyində - Ağdaş rayon ərazisində qeydə
alınıb. Ucar rayon sakini, 62
yaşlı Hacıyev Fərman Yusif
oğlunun idarə etdiyi 41-BB-557 dövlət
nömrə nişanlı, "VAZ -21011" markalı minik maşını ilə əks
istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29
yaşlı Nəzərov Adil Rafiq
oğlunun idarə etdiyi "Ford" markalı,
"JJC-229" dövlət nömrə nişanlı mikroavtobus
toqquşub. Nəticədə "VAZ-21011"in
sürücüsü hadisə yerində dünyasını dəyişib.
"Ford"un sürücüsü və 9 sərnişini isə müxtəlif
bədən xəsarətləri alıb. Xəsarət
alanlardan 7-si - Bakı sakinləri, 30
yaşlı Hacıyev Samir Akif
oğlu, 33 yaşlı Hüseynova Sərminə Ramiz qızı,
Sumqayıt sakinləri - 67 yaşlıOsmanov
Ədalət Musa oğlu, 29
yaşlı Mirzəyev Tarif Mahmud
oğlu, 42 yaşlı Qəzənzadə Yeganə Faxrəd qızı və
49 yaşlı Namazova Turac Qara
qızı və
sürücü A.
Nəzərov Ucar Mərkəzi Rayon
xəstəxanasına yerləşdiriliblər. Daha 3
nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25
yaşlı Əliyeva Əzizə Xanəhməd
qızı və Gürcüstan vətəndaşı 62
yaşlı Əliyev Əsgər Əkbər
oğlu Ağdaş Mərkəzi Rayon
Xəstəxanasına çatdırılıb. Faktla bağlı
Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma
aparılır.