Ukrayna müxalifəti ruscanın ipini buraxmır

5 İyul 2012 17:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ukraynada dil mübahisəsi böyüyür. Ölkənin bəzi bölgələrində ruscanın rəsmi status qazanacağı parlamentfiziki güclə nümayiş olunan mübahisəyə səbəb olmuşdu. Müxalifət bu müzakirələri Kiyev küçələrinə daşıyıb.

Keçmişdə professional boksçu olaraq dünya səviyyəsində nüfuza sahib olan və qanuna qarşı təşkil edilən nümayişlərə qatılan millət vəkili Vitali Klitçko qanunun xalqın parlamentə münasibətinə mənfi təsir etdiyini irəli sürür: "Bu gün xalq Ukraynada hüquqi dövlətə olan bütün inancını itirdi. Parlamentdə yaşananlar minlərlə adamı, konstitusiyanın qoruyucusu olması gözlənilən dövlət başçısına səsini eşitmək üçün bura gətirdi. İndi hamımız hadisələrə onun necə reaksiya verəcəyini maraqla gözləyirik."

Ukraynada xalqın əhəmiyyətli bir qisimi Rusiya və rus mədəniyyətiylə hər hansı bir yaxınlaşmanın Sovet dövrünü xatırlatdığırus təsirini artıracağını hesab edirlər. Ruscanın bəzi bölgələrdə məktəblərdə əsas dil olması da ukraynalılar üçün bir təhdid olaraq görülür.

İqtidarda olan Bölgələr Partiyası sözçüsü Sergey Yefremov isə qərarın sürpriz olmadığı və daha əvvəl qüvvəyə minməsi lazım olduğu fikirindədir: "Bura açıq görünür ki, bu problemin həlli dondurulub və illər boyunca təxirə salınmışdı. Partiyamızın rəsmi proqramlarında davamlı olaraq iştirak edirdi, artıq səsvermə zamanının gəldiyini düşündüyümüzdə də səsverməyə təqdim etdik."

İqtidar partiyası müxalifət tərəfindən rus mənşəlilərin əksəriyyət təşkil etdiyi bölgələrin seçicisindən səs almaq üçün ölkənin bütövlüyünü təhlükəyə atmaqla günahlandırılır.