Brilliantdan daha bir şikayət: “Salamımı almadı”

3 İyul 2014 14:04 (UTC+04:00)

Son vaxtlar xalq artisti Brilliant Dadaşovadan şikayət edən gənc müğənnilərin sayı artıb. 


Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl müğənni Səidə Sultan xalq artistinə salam verdiyini, amma onun bu salamı almadığını bildirmişdi. İndi isə əməkdar artist Abbas Bağırov eyni iddianı irəli sürür. O, bu haqda qonaq olduğu "Hər şey daxil" verilişində deyib:

 

"Brilliant Dadaşova ilə gözəl münasibətimiz var idi. "Aləm gözəl" mahnısından sonra mənlə danışmır. Məclisdə görəndə salam verirəm, almır. Salam Allahındır, almır, canı sağ olsun. Hər bir insanın öz mədəniyyəti, qabiliyyəti yerində olmalıdır". 


Xatırladaq ki, "Aləm gözəl" mahnısı B.Dadaşova ilə A.Bağırov arasında söz-söhbətə səbəb olmuşdu. Xalq artisti mahnının onun üçün yazıldığını iddia etmişdi.