Leyla Əliyeva çadırda iftar süfrəsi açdı - Fotolar
3 İyul 2014 14:10 (UTC+04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb.
Movqe.az xəbər verir ki,
artıq beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya
Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil
edilən nadir "Ramazan çadırı" xeyriyyəçilik və mədəni-maarif
layihəsində fəal iştirak edir. Gecəyə Azərbaycan diasporunun
nümayəndələri, müxtəlif millətlərdən olan və oruc tutan insanlar
toplaşıb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
əməkdaşı Ayan Həsənova AzərTAc-a bildirib ki, ənənəyə görə,
müqəddəs Ramazan ayında bir gün Leyla Əliyevanın adından dindarlar
üçün iftar süfrəsi açılır: "Bu gün dindarlar Azərbaycan mətbəxinin
təamlarını dadmış, milli musiqiyə qulaq asmışlar. "Baku" qrupunun
ifasında canlı musiqi səslənmişdir. İftara gələnlər çadırın
qarşısında açılmış "Azərbaycan" sərgisi ilə də tanış
olmuşlar".

