Qadını döyə-döyə öldürdülər

3 İyul 2014 14:20 (UTC+04:00)

İsmayıllı rayonunda qadını döyə-döyə öldürüblər. 


Anspress-in Daxili İşlər Naziliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Q.Aslanov küçəsində qeydə alınıb.


Belə ki, şəhər sakini Rəbiyyə Talıbovanın üzərində döyülməyə xarakterik zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı qadının döyülərək öldürüldüyü məlum olub.


Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.


Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.