"Qızım Günayı çox istəyir" - Təranə

3 İyul 2014 14:27 (UTC+04:00)

Prodüser Təranə Səmədovanın qızı Suelin məclislərin birində müğənni Günay İbrahimlinin yanına qaçaraq onu qucaqladığı deyilir. 


Axşam.az-ın məlumatına görə, prodüser məsələyə "Star life" verilişində münasibət bildirib. O, "bəlkə Günayla sizi qızınız barışdırdı" sualına belə cavab verib:


"Mənim xətrimə dəyən və üzr istəməyən bir insanla məni qızım belə barışdıra bilməz. Günay məclisə girəndən qızım Suelin gözü onda idi. Uşaqlar həssas olur. Bilir ki, mən Günayla danışmıram, ona görə də, yaxınlaşmırdı. Amma sonra Günayı görüb üstünə qaçıb. Mənə sonra başqaları dedi. Onsuz da, nə edə bilərdim, qarşısını alan deyildim ki... Suel Günayı çox istəyir. Allah hər kəsin ürəyincə versin".


Qeyd edək ki, Günay İbrahimli və Təranə Səmədova uzun müddət birlikdə çalışıb. Aralarında baş verən anlaşılmazlıq nəticəsində tanınmışlar işbirliyinə son qoyub, hazırda küsülüdürlər.