Bakının 76 məktəbində 6 minə yaxın boş şagird yeri var

3 İyul 2014 15:35 (UTC+04:00)

Paytaxtda müəllimlərin sınaq qiymətləndirməsinə görə yüksək nəticə göstərən və boş şagird yeri olan məktəblərin siyahısı açıqlanıb

Bakıda paytaxt müəllimlərinin Sınaq Qiymətləndirməsinin nəticələrinə görə, yüksək nəticə göstərən və boş şagird yeri olan məktəblərin siyahısını açıqlayıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya veilən xəbərə görə, siyahıda Bakının 11 rayonu üzrə 76 məktəb yer alıb.

 

Bildirilib ki, müəllimlərin Sınaq Qiymətləndirməsinin nəticələrinə görə, siyahıda Suraxanı rayonu üzrə 7 məktəb (317, 318, 281, 87, 282,275, 279), Binəqədi rayonu üzrə 9 məktəb (313, 103,83, 299, 126, 102, 99, 276, 267), Yasamal rayonu üzrə 4 məktəb (60, 20, 21, 18), Qaradağ rayonu üzrə 7 məktəb (139, 319, 166, 180, 253, 302, 228), Xəzər rayonu üzrə 5 məktəb (234, 156, 149, 183, 235), Nəsimi rayonu üzrə 5 məktəb (164, 54, 46, 240, Elitar gimnaziya), Səbail rayonu üzrə 7 məktəb (6, 329, 2, 160, 190, 236, 49), Sabunçu rayonu üzrə 8 məktəb (108, 68, 80, 255, 81, 213, 192, 252), Nərimanov rayonu üzrə 7 məktəb ( 291, 66, 77, 82, MLK, 258, Pişəvəri), Nizami rayonu üzrə 9 məktəb (312, 328, 145, 70, 220, 129, 210, 229, 201), Xətai rayonu üzrə isə 8 məktəb (287, 147, 27, 261, 17, 249, 138, Heydər Əliyev adına lisey) yüksək nəticə göstərib.

 

Boş yerlərin sayına gəlincə, Bakı şəhəri üzrə 76 məktəbdə 6 minə yaxın şagird yeri var. Belə ki, Suraxanı rayonunda 7 məktəbdə 543, Binəqədi rayonunda 9 məktəbdə 411, Yasamal rayonunda 4 məktəbdə 216, Qaradağ rayonunda 7 məktəbdə 247, Xəzər rayonunda 5 məktəbdə 115, Nəsimi rayonunda 5 məktəbdə 935, Səbail rayonunda 7 məktəbdə 220, Sabunçu rayonunda 8 məktəbdə 605 şagird, Nərimanov rayonunda 7 məktəbdə 754, Nizami rayonunda 9 məktəbdə 894 (611 Azərbaycan, 283 rus bölməsi), Xətai rayonunda isə 8 məktəbdə 566 (479 Azərbaycan, 87 rus bölməsi üzrə) şagird yeri boşdur.

 

Qeyd olunub ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərin yerləşdirilməsinə başlanıb. Paytaxt müəllimlərinin Sınaq Qiymətləndirməsinin nəticələrinə görə yüksək nəticə göstərən və boş şagird yeri olan məktəblər fəaliyyəti dayandırılan liseylərin şagirdlərinə və valideynlərinə təqdim olunur.