Əli Abbasov vətəndaşlarla görüşəcək

3 İyul 2014 15:50 (UTC+04:00)

Qəbulda Qax, Zaqatala, Balakən, Şəki, Oğuz rayonunun vətəndaşları iştirak edəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qax rayonunda vətəndaşlarla görüşəcək. 


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, nazir iyul ayının 5-i saat 09:30-da Qax rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.


Qəbulda Qax, Zaqatala, Balakən, Şəki, Oğuz rayonunun vətəndaşları iştirak edəcək. Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.