"Ailə qurmaq, xoşbəxt olmaq istəyirəm" - İlqarə

3 İyul 2014 16:21 (UTC+04:00)

"Sevgi və ərə getmək haqqında fikirləşmək adamın vaxtını aparır".

Movqe.az xəbər verir ki, bu sözləri lent.az-a xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova (İbrahimova) deyib.

 

O bildirib ki, hazırda sənəti ilə məşğuldur, tam tanınmış sima olduqdan sonra ailə quracaq: "Düşünürəm ki, hər bir insan öz sevdiyi işlə məşğul olmalıdır. Mən hazırda sənətimdən enerji alıram. İnsanların rəğbətini qazanmaq istəyirəm. Tam sevildikdən sonra artıq ailə barədə düşünəcəm. Hər bir xanım kimi mən də ailə qurmaq, xoşbəxt olmaq istəyirəm. Bu da bir xanım kimi mənim arzumdur".

 

İlqarə daha sonra  bildirib ki, o, pəhriz saxlayır: "Sənət adamı daimi formada olmalıdır. Mən də normal çəkidə olmağım üçün pəhriz saxlayıram. Şirniyyat, çörək, yağlı yemək və qazlı şirələrdən imtina etmişəm. Saydığım məhsullardan demək olar ki, məhrum olmuşam. Saat altıdan sonra isə çalışıram ki, yemək yeməyim".