Nazir MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

3 İyul 2014 17:32 (UTC+04:00)
Müdafiə naziri Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb. 

Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak edəcək.