Rezidenturantlar üçün imtahan keçiriləcək

3 İyul 2014 17:59 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək. Komissiyadan Movqe.az-a verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə ixtisas fənləri üzrə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda təqdim olunacaq suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında hazırlanıb.İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını komissiyanın saytının elektron xidmətlər bölməsinə daxil olmaqla internet ödəmə vasitəsilə əldə etmək olar. Sınaq imtahanının 2014-cü il iyulun 4-dən keçirilməsi nəzərdə tutulur. Arzu edənlər komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.