Çeçen polisi güllələyən qatil öldürüldü

3 İyul 2014 18:11 (UTC+04:00)

Bir neçə gün bundan öncə Qroznının mərkəzində qətlə yetirilən polsi əməkdaşı Əhməd Dopayevin qatili tapılaraq məhv edilib.Movqe.az  xəbər verir ki, bu barədə öz İnstaqram səhifəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov məlumat yerləşdirib. Kadırov qeyd edib ki, qanun keşişçilərinə qarşı bu cür davranışa sərtliklə cavab veriləcək:  "22 iyun 2014-cü il tarixində Qroznıda polis əməkdaşı Əhməd Dopayevi qətlə yetirən qatil tapılaraq məhv edilb. Əməliyyat zamanı polislərə atəş açan bu qatil yerindəcə cavab atəşi ilə öldürülüb. Xatırlatmaq istəyirəm – hüquq mühafizə orqanı əməkdaşlarına qarşı belə davrancaq istənilən şəxsi eyni aqibət gözləyəcək".

Xatırladaq ki, Kadırov qatilin tapılmasına yardım edəcək şəxsə 10 miyon rus rublu söz vermişdi.