"Türkiyəyə gedib milyonlar tökməyin, onsuzda alınmayacaq"

3 İyul 2014 18:18 (UTC+04:00)

Bir neçə gün öncə konsert verən Rəqsanə İsmayılova maraqlı açıqlaması ilə yenidən gündəmə gəlib. Mövqe.az xəbər verir ki, müğənni Türkiyə şou-biznesinə qatılmaq üçün əziyyət çəkən, milyonlar xərcləyən həmkarlarına belə məsləhət verib: "İki ildir ki, mən Türkiyəyə gedib-gəlirəm. Düzü ora sərf etdiyim pullara heyfim gəlir. Ay mən deyim ki, gedib Türkiyədə partladacam, alınacaq yox bu olmayacaq. Sadəcə bu qədər əziyyət çəkmişəm, pul sərf etmişəm deyə geriyə addım atmıram. Düzü bir söz deyim bizim müğənnilərdən heç kim Türkiyədə məşhur olmayacaq. Onlara məsləhətim Türkiyəyə gedib milyonlar tökməyin, onsuzda alınmayacaq".