Şimali Koreyada daha bir qadağa

3 İyul 2014 18:17 (UTC+04:00)

Şimali Koreya hökuməti Cənubi Koreya ilə müştərək fəaliyyət göstərən sənaye kompleksində çalışan işçilərin gündəlik nahar menyüsünə Choco Pie peçenyelərini daxil etməyi qadağan edib. Movqe.az The Washington Post-a istinadən xəbər verir ki, Pxenyan bu qadağanı səbəb olaraq peçenyelərin qərb həyat obrazını canlandırdığı ilə izah edir. Belə bir qərarda Choco Pie peçenyelərinin qara bazarda çox satılan məhsuldan biri olduğu da mühüm rol oynayıb.

Nahara bu peçenyeləri alan işçilər onları spekulyativ qiymətlərə satmağa başlayıblar: bir işçinin orta hesabla 3000 von əmək haqqı aldığı vaxt, onlar bir peçenyeni 700 vona (0.7 ABŞ dolları) satırlarmış. Məlumata əsasən, peçenyenin gizli satış dövriyyəsi yarım milyona gəlib çıxır (bu kimi statistik məlumatların hesablanması haqqında məlumat verilmir).

Qadağadan sonra şokoladlı peçenye yerli istehsal olan digər şokoladlı desertlə əvəz edilir.