“The Lock” tablosu 28 milyon manata satılıb

5 İyul 2012 17:52 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərədə XVIII. və XIX əsrlərdə yaşayan məşhur rəssam John Constablenin rəsm tablosu Londonda keçirilən hərracda 22,4 milyon sterlinqə (təxminən 28 milyon manata) alınıb. 

Christie 's hərrac evində çıxış edərək, xüsusilə çəkdiyi mənzərə rəsmləri ilə  tanınan rəssamın, "Stour" vadisini təsvir etdiyi məşhur 6 yağlı boya tablosunun sonuncusu olan, 1824-cü ildə çəkdiyi "The Lock" adlı əsərinin məşhur rəssamın ən baha qiymətə alınan əsəri olduğunu bildirib. 

O qeyd edib ki, Barones Carme Thyssen-Bornemiszanın xüsusi kolleksiyasında olan əsərin dünən axşam Londonda, hərraca telefonla qatılan adının açıqlanmasını istəməyən bir adam tərəfindən alındığını deyib.