Suya alergiyası var

4 İyul 2014 11:21 (UTC+04:00)
İki uşaq anası 43 yaşlı ingilis Barbara Vardın hər cür suya qarşı allergiyası var. Movqe.Az xəbər verir ki, tər, gözyaşı, yağış kimi içərisində su olan hər hansı bir maye bədəninə təmas etdiyi vaxt bədəni qızarmağa və qabarmağa başlayır. Duş alarkən böyük çətinlik çəkən, üzə bilməyən Vard, yağışa məruz qalmamaq üçün isə böyük səy göstərir. 230 milyonda bir görülən  "Aquagenic urticaria" allergiyasına sahib qadının tərlədiyi üçün məşqdən, gözyaşı tökdüyü üçün romantik film izləməkdən və suyla təmas etməsini tələb etdiyi üçün ev işlərindən uzaq dayanması lazımdır. Əks təqdirdə şoka girə bilər, hətta ölə bilər.