Təhsil nazirindən yeni ƏMR

4 İyul 2014 11:28 (UTC+04:00)

Təhsil naziri İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinin təşkili barədə əmr imzalayıb. Bu barədə  Movqe.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrdə qeyd olunur ki, təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraq qruplarının iştirakının təmin olunması olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir. Əmrə əsasən, 2014-cü il iyul ayında ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi keçiriləcək. İqtisadiyyat şöbəsinə Nazirlik tərəfindən seçilmiş layihələrin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada maliyyələşdirilməsini təmin etmək tapşırılıb.