Sony komputerlərini geri çağırır

4 İyul 2014 11:45 (UTC+04:00)

Sony, "Vaio" komputerlərini satışa çıxarsa da, yaranan problem səbəbilə onu geri çağırmalı olub. 


Movqe.Az xəbər verir ki, Sony, gözlədiyini ala bilmədiyi PC hissəsini fevral ayında Vaio-nu satmış olsa da bu, mövcud kompüterlərinin problemsiz olduğu mənasına gəlmir. Sony-in bir PC modeli, yenə həddindən artıq istiləşmə, tüstü və yanğın törətmə, hətta ərimə riskiylə qarşı-qarşıyadır. 


Haqqında danışılan kompüter, SVF11N13CXS model nömrəli Sony Vaio Flip PC-dir. Asiyada satılmış olan 4 cihazın problem çıxarması, Sony-in cihaz bazardan geri çağırma qərarı alması üçün kifayət idi. Geri çağırma, ABŞ İstehlakçı Məhsul Təhlükəsizliyi Komissiyasının  beb saytında da bildirilib.


11.6 düym sensorlu ekrana sahib olan cihaz, dünya səviyyəsində təxminən 800 dollarlıq qiymətə satılırdı.


Sony-nin Vaio Fit 11A modeli də aprel ayında batareyası səbəbiylə bənzər bir problem yaşamışdı.