"Quran"ı yandıran şəxs diri-diri yandırıldı
5 İyul 2012 20:10 (UTC+04:00)
Hadisə Pakistanda qeydə alınıb. Pakistanda
müsəlmanların müqəddəs kitabı olan "Qurani Kərimi" yandırmaqda
şübhəli bilinən şəxs diri-diri yandırılıb. ANS PRESS-in Rusiya
mətbuatına istinadla verdiyi məlumata görə, adı açıqlanmayan şəxs
polis tərəfindən saxlanılıb, ancaq onun haqqında tədqiqat aparmağa
vaxt belə olmayıb.
Polis idarəsinin qarşısına kütlə toplaşıb və onlar
"Quran"ı yandırmaqda ittiham edilənin cəzalandırılmasını tələb
ediblər. Kütlə polis qarşısında hətta ultimatum da qoyub - ya onu
hüquq mühafizə orqanları insanların gözü qarşısında cəzalandırır,
ya da insanlar özləri bunu edirlər.
Polis toplaşanlara qarşı gözyaşardıcı qazdan
istifadə etsə də, onları sakitləşdirmək mümknü olmayıb. Belə ki,
əsəbi insanlar yolu bağlayaraq, "Quran"ı yandıran şəxsi ərazidən
uzaqlaşdırıblar. Onu kitabı yandırmağa cəhd etdiyi yerə gətirib,
üstünə benzin tökərək od vurublar.
Polis kişinin şəxsiyyətini belə müəyyənləşdirməyə
vaxt tapmayıb. Ancaq onun psixi problemləri olduğu ehtimal edilir.
Belə ki, o ətrafda nəyin baş verdiyini o qədər də anlamır və
gülürdü.