Metroda eşidilən səs qatarın hərəkətini dayandırdı-Özəl
4 İyul 2014 11:59 (UTC+04:00)
Bu gün "Bakı Metropoliteni" QSC-də qatarın hərəkətində fasilə
yaranıb. Movqe.az-ın hadisə yerində olan
əməkdaşının verdiyi xəbərə görə, saat 10:25 radələrində metronun
Koroğlu stansiyasında qatarın hərəkəti dayandırılıb. 9 dəqiqəlik
fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın
gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi metronun Koroğlu
stansiyasında sıxlıq yaranıb. 7 dəqiqədən sonra növbəti qatar gəlsə
də,"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin
rəhbəri Nəsimi Paşayev Movqe.az-a açıqlamasında bildirib
ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub:
"Qırmızı xətt üzrə hərəkət edən qatar Həzi Aslanovdan yenicə
hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından
qatarın hərəkəti Əhmədli stansiyasında dayandırlıb və
sərnişinlər vaqondan boşaldılıb.Ümumilikdə qatarın hərəkət
qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya
göndərilib".