"Kim kimdən uşaq doğur özü bilər" - Rövşanə Bektaşi

4 İyul 2014 14:24 (UTC+04:00)
Aparıcı Rövşanə Bektaşi yaman qəzəblənib. Sözü üzə deməyi xoşlayan aparıcı bu dəfə də şou-əhli arasında nikahsız ailə qurub, övlad sahibi olan müğənniləri qınayıb. Mövqe.az xəbər verir ki, aparıcı vətəndaş nikahı ilə yaşayan şou-əhlinə sözünü deyib: "Tanınmışlar var ki, vətəndaş nikahı ilə ailə qururlar. Şou-əhli arasında da belələri çoxdur. Şəxsi həyatlarıdır düzdü özləri bilər. Ancaq əxlaq deyilən bir anlayış var. Bu deyim Avropanın özündə də var. Azərbaycanlıyıq biz. Azərbaycançılıq deyilən fikir var. Kim kimdən uşaq doğur özü bilər, müdaxilə etmək olmaz. Amma yalan da danışmaq olmaz".