8-ci mərtəbədən düşən qızın həyatını xilas etdi

4 İyul 2014 17:19 (UTC+04:00)

Çində Yuan Jianping adlı bir nəfər 8-ci mərtəbədən düşən qız uşağını tutamasa da yavaşladaraq ölümdən xilas edib. Çinin cənub-qərbindəki Gaoling şəhərində meydana gələn hadisədə gəzintiyə çıxan Yuan Jianping, bir mənzilin qarşısından keçərkən mənzilin səkkizinci mərtəbəsində pəncərədən yellənən kiçik qız uşağını görüb.

Qısa müddət sonra uşağın aşağıya düşdüyünü görən Jianping, düşən qızı tutmaq istəyib. Jianping məsafəni doğru hesablaya bilməsə də sürətini yavaşladıb, qızın həyatını xilas edə bilib.


Hadisədən sonra Jianping qızı xəstəxanaya apararanda həkimlər, uşaqda yalnız kiçik bir qabırğa qırığı olduğunu deyib. Qəzanın reallaşdığı vaxt qızın ailəsinin evdə olmadığı bildirilib.