Sərdar Ortaç səhhətində dönüş yarandı

4 İyul 2014 16:52 (UTC+04:00)
"MS" (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyularaq "Maslak Acıbadem Xəstəxanası"nda müalicə olan Sərdar Ortaç, ötən gün xəstəxanadan çıxıb. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü yaxşı hiss etdiyini söyləyən müğənni, pərəstişkarlarının içini rahatlaşdıran açıqlamalar verib. Ortaç bunları qeyd edib: "Müalicəyə evdə davam edəcəm. Dostlar, vallah turp kimiyəm, qalxdım ayağa. Qarğışlar tutmadı. Bu cümə həyat yoldaşımın doğum günüdür. Ən çox buna görə ayağa qalxdığıma sevinirəm".