Yaralı əsgərdən xəbər var
4 İyul 2014 23:57 (UTC+04:00)
Erməni hərbi birləşmələrinin Xocəvənd rayonu
istiqamətində atəşkəsi pozması nəticəsində əsgərimiz qol
nahiyyəsindən yaralanıb.
ANS PRESS-in məlumatına görə, 1995-ci il
təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər
Həsənov Nurlan Azər oğlunun vəziyyəti səhərkinə nisbətən
yaxşılaşıb.
Qeyd edək ki, ötən gecə 1989-cu il təvəllüdlü,
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb
oğlu da yaralanıb, vəziyyəti isə sabit-ağırdır.