Beyninizi qorumağın 10 yolu

4 İyul 2014 18:14 (UTC+04:00)

İsti yay günlərində sağlamlıqla bağlı problemlərin yaranması qaçınılmazdır. Məsələn, təzyiq düşür, maye çatışmazlığı bir sıra fəsadlar yaradır, halsızlıq, yorğunluq müşahidə edilir, iflic riski artır. 

Bəs yay aylarında, əsasən də başımızı, beynimizi istidən qorumaq üçün nə etməliyik?

Beyni qorumağın 10 sadə yolunu təqdim edirik: 

 

Saat 11:00-dan 16:00-a kimi açıq havada olmayın. 


Çölə çıxanda mütləq başınızı bağlayın


Bol-bol su için 


Daha yüngül yeməklər yeyin


Gecələr yatdığınız məkanı sərin, havalı və səssiz edin. Azı 7 saat yatın


Spirtli içkidən uzaq durun


Qapalı məkanlarda istirahət edin


Günün sərin saatlarında azı 30 dəqiqə açıq havada gəzin


Başınız hərlənsə, ürəyiniz bulansa həkimə müraciət edin


Təzyiq, ürək dərmanı atmamışdan öncə mütləq təzyiqinizi ölçdürün.