Depressiyaya qarşı fındıq

4 İyul 2014 19:15 (UTC+04:00)

Məlumata görə fındıq depressiya və stressə qarşı faydalıdır. İnsan üçün enerji mənbələrindən biridir. Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəlikərinin yaranmasının qarşısını da alır. Həmçinin inkişaf edən orqanizm üçün çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir. Sadəcə maraqlıdır ki, bir neçə xeyirli məhsulun əlavə edilməsi çox gözəl dadın alınmasına şərait yaradır.

Amerika və Avropada fındıq yağını böyük populyarlıqla istifadə edirlər – onu hər evdə tapmaq mümkündür.

Amerikalılar sendviçin və digər desertlərin hazırlanmasında fındıq yağından istifadə edirlər.

Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur.

Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir.

Qabığının həlimi və yarpaqlarının şirəsi kapilyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir.

İştahın artırılması üçündə istifadə olunur. Fındığın tərkibindəki xeyirli maddələr ürək xəstəliklərinin əmələ gələ bilmə ehtimalını azaldır, damarlara xeyirli təsir göstərir, beyin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, güc və gümrahlığı bərpa edir, mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır və digər növ xəstəlikləri müalicə edir. Qənnadı məhsullarında fındıqdan hazırlanan məhsullarla yalnız sağalmaq yox, hətta tibb tərəfindən müalicəsi olmayan xəstəliklərdən də şəfa tapmaq olar.