Oruc immun sistemini gücləndirir
5 İyul 2014 10:30 (UTC+04:00)
Oruc tutmaq, həzm sistemini istrahət etdirdiyi üçün, bədəndə digər
orqanların yaxşı işləməsini təmin edir, bundan əlavə qan dövranı
yaxşılaşır.
İftarda, imsaqda yediklərinizə diqqət edirsinizmi?
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, araşdırmaçılar
bildirirlər ki, bəslənmənizə diqqət etsəniz, oruc tutarkən
immunitet sisteminizi gücləndirə bilərsiniz. Oruc tutarkən
qaraciyər və bütün həzm sistemi istirahət imkanı əldə edir. Bədəndə
digər orqanların qanlanması və iş səmərəsi artır. Şəkər
xəstələrində qan şəkəri idarəsi, təzyiq xəstələrində qan təzyiqi
kontrolu yüngülləşir. Qanda yağ səviyyələri düşür, faydalı
xolesterol yüksəlir. Bədəndə qan istehsalı artır. Bədən yığılmış
zərərli maddələrdən təmizlənir, immunitet sistemi güclənir.
Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır.
Lakin orucun xeyri bəzi digər qaydalara da riayət olunarsa daha
effektli olar. Məsələn,süfrədən doymadan qalxın. Oruc müddətində
sağlam və balanslı bəslənmək çox əhəmiyyətlidir. Buna baxmayaraq
məsələni şişirtmədən, gündəlik ehtiyac olan zülal, yağ,
karbohidrat, vitamin və minerallar aldıqdan sonra israfa getməyin.
İftar və imsaqda yavaş-yavaş və az miqdarda yeyin, yeməkləri yaxşı
çeynəyin və süfrədən doymadan qalxın.
İftar və imsaq arasında 2 litr maye qəbul edin. Bu, su, ayran və
hətta kompot da ola bilər. İmsaqda, mədədən gec boşalaraq uzun
müddət tox tutacaq, zülal və lif zənginli qidalar alın. Süd, qatıq,
kefir, pendir, yumurta, xurma, çörək otu, qoz, badam, fındıq, quru
paxlalı, taxıl, çörəyı və düyüsü kimi...
Maddələr mübadiləsini yavaşladaraq kilo almağa da səbəb olan çox
yağlı və xəmir yeməklərdən, ağır şirnilərdən, qızardılmış,
ədviyyatı və duzlu bol qidalardan uzaq dayanmanızda fayda var.