İŞİD qadın zorlayanı asdı
5 İyul 2014 11:15 (UTC+04:00)
İraq Şam İslam Dövləti (İŞİD) silahlıları yeni bir edam həyata
keçiriblər.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD silahlılarının
cəza tətbiqləri və insanlara qarşı zorakılıqları sərhəd
tanımır.
Ötən gün qruplaşma üzvlərindən biri sosial şəbəkədə mühacir
qadınları zorlamaqda təqsirli bilinən bir nəfəri edam ediblər.
Hamının qarşısında meydanda asıb başqalarının da ibrət almasını
istəyiblər. Daha sonra isə onlar edam şəklini paylaşaraq, "Bu
dindən qovulmuş (mürtəd) şəxsin öldürülmə səbəbi mühacir qadınlara
təcavüz etmək olub" - deyə qeyd ediblər.
Xatırladaq ki, onlar bundan əvvəl öz üzvlərindən birini oğurluq
etməkdə günahlandıraraq edam etmişdilər.