Gənc Xaçmaz sakini göldə batdı
5 İyul 2014 12:09 (UTC+04:00)
Xaçmaz rayonunda 20 yaşlı gənc göldə batıb. Movqe.az FHN-nin
saytına istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndində baş
verib.
Məlumata görə, 1994-cü il təvəllüdlü kənd sakini Əsgərov Rəşad
Mirzəağa oğlu kənd ərazisindəki süni göldə batıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq
xilasetmə qüvvələri cəlb olunub.
R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan
çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 00:30-da başa çatmışdır.