Baş nazir kürsüdən əl çəkmir
5 İyul 2014 13:17 (UTC+04:00)
İraq Baş naziri Nuru əl-Maliki, qurulacaq yeni hökumətdə baş nazir
vəzifəsindən əsla çəkilməyəcəyini söylədi. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, Maliki, dövlət televiziyasında yayımlanan
çıxışında, "Terroristlər qarşısında döyüş meydanından çəkilməyim
dini, Vətən qarşısında və əxlaqi məsuliyyətimdən qaçmaq mənasını
verər. Bu səbəblə baş nazirlikdən əsla çəkilməyəcəm" dedi.
"İraqın düşmənlərini məğlub edənə qədər silahlı qüvvələrin və
könüllülərin yanında döyüşməyə davam edəcəyini" ifadə edən Maliki,
Qanun Dövləti Koalisiyasının məclisdə ən çox kürsüyə sahib blok
olduğunu xatırladaraq, verilən səslərə vəfa borcunu şübhəsiz
ödəyəcəyini" söylədi.
Qeyd edək ki, Məclis sədri Usamə ən-Nuceyfi, Malikinin, Məclis
sədrliyinə namizədliyini qoymaması halında 3-cü dövr baş nazir
namizədi olmayacağı istiqamətindəki şərti üzərinə, namizədlikdən
çəkildiyini açıqlamışdı.
Xatırladaq ki, Son seçkilərdə, Malikinin lideri olduğu Qanun
Dövləti Koalisiyası 93, Muttehidun Bloku 23, Şiə Koalisiyası 29 və
Vətəniyyə Bloku 21 kürsü əldə etmişdi. Hökuməti qurmaq üçün
parlamentdə 165 kürsünün lazım olduğu İraqda, Yüksək Seçki
Komissiyasının açıqladığı nəticələrə görə, heç bir partiya hökuməti
tək başına qurmaq üçün səs sayı təmin edə bilməmişdi.