Bakıda 20 min manatlıq cinayətin üstü açıldı

5 İyul 2014 15:26 (UTC+04:00)
Bakıda 4 ay əvvəl içində 20 min manata yaxın pul olan seyfi oğurlamış şəxs tutulub.

Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu il martın 1-nə keçən gecə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Ramil Aslanova məxsus Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsində yerləşən mebel fabrikindən içərisində 19.600 manat olan 45x90 ölçülü dəmir seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nicat Zülfiyev tutulub.