Neymar sıradan çıxdı

5 İyul 2014 16:00 (UTC+04:00)
"Müayinə nəticəsində məlum oldu ki, Neymarın üçüncü onurğa fəqərəsi sınıb".

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Braziliya yığma komandasının həkimi Rodriqo Lazmar futbolçu Neymarın həkim müayinəsinin nəticələrini açıqlayarkən deyib. Həkimin sözlərinə görə, Neymarın belə zədə alması onun hərəkət etməsinə ciddi təsir göstərir.

"Doğrudur, onun əməliyyat olunması ehtimalı sıfıra bərabərdir. Amma o, artıq dünya çempionatının növbəti oyunlarında iştirak edə bilməyəcək. Neymarın tamamilə sağalması üçün 4-6 həftə vaxt lazımdır", deyə Lazmar bildirib.

Həkim onu da əlavə edib ki, yaxın günlərdə Neymar yenidən həkim müayinəsindən keçəcək.