Bakı polisi keçmiş məhkumun evində əməliyyat keçirdi

5 İyul 2014 17:12 (UTC+04:00)
Bakıda keçmiş məhkumun evindən külli miqdarda narkotik vasitə tapılıb.

Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, cinayətin üstü İdarənin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb.

Belə ki, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yaşayan Eyvaz Məmmədovun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edilmiş yaş çəkisi 2 kiloqram 800 qram olan 4 ədəd çətənə kolu aşkar olunub. Bundan əlavə, onun evindən 1 kiloqram 110 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.