Erməni silahı susmaq bilmir
5 İyul 2014 19:00 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə
pozulub.
Movqe.az -ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, erməni silahlı bölmələri iyulun 4-də və 5-nə
keçən gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili,
Yusifcanlı, Şıxlar, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu,
Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd
rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə
yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini
atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.