81 yaşlı qadını küçədə əzabla öldürən şəxs kimdir?

5 İyul 2014 19:18 (UTC+04:00)
İsmayıllıda 81 yaşlı qadını küçənin ortasında döyərək öldürən şəxsin kimliyi məlum olub.

Movqe.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Q.Aslanov küçəsində 81 yaşlı Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılmışdı.

Məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən əməliyyat öz bəhrəsini verib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Talıbovanı taxta parçası ilə döyərək öldürən şəxsin kimliyi məlum olub. Məlum olub ki, yaşlı qadını vəhşicəsinə öldürən şəxs İsmayıllı rayon sakini Elburus Cəbiyevdir.

Dərhal E.Cəbiyev tutulub və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.