Dünya Bankı: "Azərbaycanda kasıblara qayğı artmalıdır"
5 İyul 2014 20:19 (UTC+04:00)
"Azərbaycan xüsusilə zəngin olmayan, daha dəqiq kasıb təbəqəyə
qayğını artırmalıdır".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Dünya
Bankının regional direktoru Henri Kerali deyib.
O bildirib ki, biz Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta
Fondununda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti
toplantısında bu məsələni müzakirə edəcəyik: "Açığını desək
Azərbaycan öz institutlarını gücləndirməli, öz vətəndaşlarına kömək
etməlidir ki, daha yaxşı təhsil və səhiyyə ilə təmin olunmaq
imkanlarını inkişaf etdirsinlər".
Henri Kerali həmçinin Bakıda keçirilən bu konfransın əsas
məqsədləri haqqında da danışıb:
"Bu iclasda əsas məqsəd İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun
üzvləri ilə görüşmək və bu ölkələrlə Dünya Bankı və Beynəlxalq
Valyuta Fondu arasındakı ümumi maraqları əhatə edən məsələləri
müzakirə etməkdir. Bü gün müzakirə edəcəyimiz əsas mövzular odur
ki, ölkələr öz iqtisadiyyatlarını necə diversifikasiya etdirə
bilərlər. Biz Dünya Bankı olaraq inanırıq ki, diversifikasiya
siyasəti dövlət institutlarının, təhsil, səhiyyə və sosial
təminatın daxil olduğu insan resurslarının gücləndirilməsi ilə,
həmçinin infrastrukturun və təbii sərvətlərin inkişafı ilə həyata
keçirilməlidir. Biz müxtəlif ölkələrin təbii sərvətləri necə idarə
etdiyiniə baxacağıq. Məsələn, Azərbaycan gələcək nəsillərinə xeyir
vermə baxımından öz neft və qaz resurslarını necə istifadə edir ?
Bu kimi sualları müzakirə edəcəyik".