Bakı birincisi olmaq uğrunda mübarizə başladı
5 İyul 2014 22:03 (UTC+04:00)
"Bakının Birİncisi 2014" adlı gənclərarası intellektual turnir
keçiriləcək.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
gün - 5 iyulda və sayca beşinci olan V Gənclər Festivalı
başlayır.
Festival "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və
"Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
artıq ənənəvi xarakter alan hər il olduğu kimi gənclərin asudə
vaxtının səmərəli keçirilməsi və intellektual səviyyələrini
artırmaq məqsədi ilə keçirilir.
Festivalın proqramı çərçivəsində "Bakının Birİncisi 2014" adlı "Nə?
Harada? Nə Zaman?" və "Breyn-rinq" üzrə gənclərarası intellektual
turniri keçiriləcək.
30 komandanın iştirakı ilə Marriot Absheron otelində baş tutacaq
turnirin aparıcıları Moskva və Minsk elitar klublarının ən məhşur
və sevimli oyunçuları olan, Büllur Bayquş sahibləri Andrey
Supranoviç və Ales Muxin olacaqlar. Juri kürsüsündə isə Moskva
elitar klubun məhşur oyunçuları Anastasiya Şutova və Aleksand
Fingerov əyləşəcək.
Yarışmada nəticələrə əsasən ilk 3 yeri tutan komanda diplom və
hədiyyələrlə təltif olunacaq. Bundan əlavə "Nə? Harada? Nə zaman"
yarışında ilk 8 yeri tutan komandalar üçün tələbələr arasında
Rusiya Çempionatının təşkilat komitəsinin üzvü Aleksandr Fingerovun
rəhbərliyi ilə "Breyn-rinq" yarışının keçirilməsi
planlaşdırılır.
Xatırladaq ki, "Bakının Birİncisi" yarışması - 2010" adlı "Nə?
Harada? Nə Zəman?" gənclərarası yarışı 13 fevral 2010-cu ildə,
"Bakının Birİncisi-2011" 16 Aprel 2011-ci ildə, "Bakının
Birİncisi-2012" 12 may 2012-ci ildə, "Bakının Birİncisi-2013" isə 5
iyul 2013-cü ildə təşkil edilib.
Əlavə edək ki, bu turnir Beynəlxalq Klublar Assosiasiyasında
lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil
edilib.